Çiller sistemi dilimizə tərcümədə soyutma sistemi mənasıni daşıyır. Çiller içəri məkandakı havanı çölə ataraq içəridə soyuq temperatur yaradan sistemə verilmiş texniki addır. Çiller sistemləri bir çöl blok və müxtəlif sayda iç blokdan ibarət olur. Bu sistemlərin üstün cəhəti ondan ibarətdir ki, bir çöl bloka mesafədən və sayından asılı olmuyaraq tələb olunan qədər iç bloklar quraçdırıla bilir və bu da binada yerləşdirilmə olaraq az ərazi tələb edir. Çiller sistemində soyudulan mayenin içəridəki bloklara borular vasitəsi ilə ötürülərək iç məkanın soyutma işini həyata keçirdir.
Çiller sistemləri su soyutma və hava soyutma sistemləri olaraq iki hissəyə bölünür. Sistemdəki “kondanser” adlanan hissənin hava və ya su ilə soyudulmasına görə su soyutmalı və hava soyutmalı adlandırılmışdır.
Çiller sisteminin montajının düzgün həyata keçirilməsi vacibdir. Buna görə firmamız peşəkar kolektivlə işdəməyi daim üstün tutur. Peşəkar montaj olunmuş sistemlər uzun ömürlü, keyfiyyətli və daha qənaətlə işləyir.